Dərs ilinin ilk günü tıxacla başladı
Bizi izləyin

Qırmızı.az

Dərs ilinin ilk günü tıxacla başladı

Tədris ilinin ilk günü paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilib.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, səhər saatlarında ali və orta təhsil müəssisələrinin qarşısında sıxlıq müşahidə edilib. Xüsusən də Həsən Əliyev, Abbasqulu ağa Bakıxanov, Rəşid Behbudov və “28 May” küçələri, “İnşaatçılar” prospekti, Binəqədi şosesi, Zərifə Əliyeva küçələrində sıxlıq olub.

Hazırda sıxlıq nisbətən azalsa da, A.Cəlilov, Əziz Əliyev, “28 May” metrosu şəhər istiqamətində, Azadlıq prospektində, S.Vurğun, Ş.Qurbanov küçələrində tıxac müşahidə edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm