Bu küçələrdə hərəkət məhdudlaşdı
Bizi izləyin

Qırmızı.az

Bu küçələrdə hərəkət məhdudlaşdı

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olan hissəsində, Əhməd Rəcəbli küçəsinin isə Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində təmir-tikinti işləri aparılır.

“Azəryolservis”ASC-dən Publika.az-a verilən məlumata görə, Süleyman Sani Axundov küçəsinin təmir aparılan hissəsinin uzunluğu 1120 metrdir.

Yolun hərəkət hissəsinin eni isə ortalama 13,5 metrdir. Burada uzun müddətdir ki, təmir işləri aparılmadığına görə, yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və maneəsiz şəkildə hərəkətində çətinlik yaradırdı. Məhz bütün bunlar nəzərə alınaraq sözügedən küçədə təmir işlərinə start verilib.

Təmir işləri zamanı köhnə asfalt örtüyünün üst qatı qaşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 14500 kvadrat metr sahəyə yeni asfalt beton örtüyünün döşənməsi planlaşdırılır. Bundan başqa təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları da dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.

Anoloji işlər Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasında olan hissəsində də aparılır. Burada təmir olunan ərazinin uzunluğu 522 metr, yolun hərəkət hissəsinin eni isə ortalama 13 metrdir. Təmir-tikinti işləri çərçivəsində sözügedən küçənin 6700 kvadratmetr sahəsinə yeni yüksəkkeyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Təmir işləri aparılan müddətdə sözügedən küçələr hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm