AzTV sədrinin müavininin vəziyyəti ağırlaşdı: Türkiyəyə aparılacaq
Bizi izləyin

Qırmızı.az

AzTV sədrinin müavininin vəziyyəti ağırlaşdı: Türkiyəyə aparılacaq

AzTV Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini İbrahim Məmmədovla bağlı aylardır sürən kəskin durum davam edir. Sentyabrın 15-də rəhbərlik tərəfindən göndərildiyi məzuniyyət müddəti bitən İ.Məmmədovun həmin tarixdə işə çıxacağı gözlənilsə də, hər şey fərqli məcraya yönəldi.

Publika.az-ın musavat.com-a istinadən məlumatına görə, İ.Məmmədovun yaxın qohumları hazırda onun səhhətinin pisləşdiyini, kritik həddə olduğunu bildiriblər. Xüsusən son günlər güclü stres keçirdiyi üçün ürəyində, başında kəskin ağrılar meydana gəlib. Hazırda yataq şəraitində olan İ.Məmmədova davamlı sistemlər köçürülür. Yaxınlarının bildirdiyinə görə, sədr müavinin durumunda neçə gündür yaxşılığa doğru heç nə yoxdur.

Qohumları eyni zamanda bildirib ki, əgər İ.Məmmədovun durumu bu cür davam etsə, ailəsi müalicə üçün onu Türkiyəyə aparacaq. Daha bir məlumat isə onun AzTV-dəki durumu ilə bağlıdır.

Belə ki, bir neçə gün öncə İ.Məmmədovun müavin otağı da Arif Alışanovun göstərişi ilə boşaldılıb, otağının və xidməti maşınının açarları alınıb.

Musavat.com bu məlumatı dəqiqləşdirmək üçün bir neçə gündür ki, İ.Məmmədovla əlaqə yaratmağa çalışıb. Amma o, zənglərə cavab vermir. Bu hadisənin son bir neçə gündə baş verməsi göstərir ki, AzTV-dəki sədr-müavin davasının birincinin xeyrinə həll olduğu dəqiqləşib. Sentyabrın 15-də işə çıxmalı olan İ.Məmmədov üçün bütün qapılar bağlanıb. Dövlət başçısının sərəncamı ilə sədr müavini təyin edilən tanınmış jurnalist sədr və onun tərəfdarları qarşısında duruş gətirə bilməyib. Səhhətində baş verənlər isə məlum mübarizədə düşdüyü situasiyanın nəticəsidir.

Mediada dolaşan daha bir məlumat isə İ.Məmmədovun İctimai Televiziyaya rəhbər gətiriləcəyi ilə bağlıdır. İddiaya görə, dövlət başçısı İ.Məmmədov kimi bir kadrı bu vəziyyətdə qoymamaq üçün ona daha nüfuzlu bir kanalı – İTV-ni etibar etmək istəyir. Bu, hazırda sözügedən kanalda ən çox dolaşan söhbətlərdəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm