Bakı-Sumqayıt qatarlarının gecikmə səbəbi açıqlandı - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt qatarlarının gecikmə səbəbi açıqlandı - RƏSMİ

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının gecikmə səbəblərinə aydınlıq gətirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işləri aparılır. Bununla əlaqədar elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır.

Məlumatda bildirilib ki, dünən gediş vaxtı 48 dəqiqə olmaqla Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları 16 reys edib. Elektrik qatarlarının 8-i Bakı - sərnişin stansiyasından Sumqayıt – sərnişin stansiyasına, 8-i isə əks istiqamətə hərəkət edib. Profilaktik tədbirlər başa çatandan sonra elektrik qatarlarının hərəkət cədvəlinə yenidən baxılacaq, yolda olma vaxtı azaldılacaq. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının müvəqqəti hərəkət cədvəli

16.09.2015-dən

Qatar №

Bakıdan

getmə vaxtı

Sumqayıta

çatma vaxtı

Sumqayıtdan

çıxma vaxtı

Bakıya çatma vaxtı

5405/6002

0510

0558

0640

0728

6003/6004

0530

0618

0710

0758

6005/6006

0650

0738

0755

0843

6007/6008

0750

0838

0900

0948

6009/6010

1600

1648

1710

1758

6011/6012

1725

1813

1830

1918

6013/6014

1825

1913

1930

2018

6015/9016

1925

2013

2030

2118

Qeyd edək ki, qatar Bakı-Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində və geriyə hərəkət edir. Aparılan yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq Biləcəri və Xırdalan stansiyalarında qatarların dayanması nəzərdə tutulmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm