"Diplomatik xidmət haqqında" qanuna dəyişiklik edildi
Bizi izləyin

Qırmızı.az

"Diplomatik xidmət haqqında" qanuna dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Diplomatik xidmət haqqında" qanununa dəyişikliklər edilməsi məsələsi müzakirə edilərək qəbul edilib.

Publika.az-ın məlumatına görə, qanuna edilən dəyişikliklərin zərurəti barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli məlumat verib.

O bildirib ki, bu gün yüzlərlə layiqli diplomatlarımız var:

“Bu dəyişiklik qanundakı boşluğun aradan qaldırılmasına xidmət edir. Dəyişikliyə əsasən, xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə dipolamat vaxtından əvvəl geri çağırıla bilər və ya o şəxsin vəzifəsi aşağı salına bilər”.

Müzakirələrin yekunu olaraq qanuna dəyişiklik qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm