Yevlaxda sahibsiz itlər sakinlərə və mal-qaraya hücum çəkdi
Bizi izləyin

Qırmızı.az

Yevlaxda sahibsiz itlər sakinlərə və mal-qaraya hücum çəkdi

Son 6 ayda Yevlax rayonunun Aşağı Bucaq kəndində 7 qoyunu və 13 quzunu sahibsiz itlər parçalayıb.



Milli.Az El TV-yə istinadən xəbər verir ki, kənd sakinləri deyirlər ki, itlər xüsusilə gecə saatlarında həyətlərə girirlər. Onlar bildirirlər ki, hazırda kənddə 22 sahibsiz it var. Belə itlər heyvanlarla yanaşı, sakinlərə də hücum edir. Sakinlər məsələ ilə bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət ediblər.



Lakin problem hələ də həllini tapmayıb. Aşağı Bucaq kəndinin də daxil olduğu Xaldan bələdiyyəsinin sədri Vəlyəddin Əzimov isə bildirir ki, məsələ Yevlax Şəhər icra Hakimiyyətinin diqqətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm