Vəfat etmiş Nərminin bacısı: "Əl çəkin məndən..." - FOTO
Bizi izləyin

Qırmızı.az

Vəfat etmiş Nərminin bacısı: "Əl çəkin məndən..." - FOTO

Ötən həftə Türkiyədə müalicə olunduğu İstanbul Memorial Klinikasında rəhmətə gedən Nərmin Hüseynlinin bacısı yardım üçün yığılan pulların hara xərcləndiyini açıqlayıb.

Mehim Hüseynli şəxsi Facebook səhifəsində yığılan miqdardan qalan 52.608 AZN pulu qaraciyər xəstəliyindən əziyyət çəkən bir xanıma müalicəsi üçün bağışlandığını bildirib.



O, bildirib ki, Nərminin hesabı ləğv olunub və onun hesabından pul həmin xəstə xanıma köçürülüb. O, hesabın köçürülmə qəbzinin də fotosunu paylaşıb.



"Digər klinikaya çıxan ümumi xərc 70 min dollara yaxındı və biz gedəndə təyyarə qiyməti 11.500 avro idi. Bacımın cənazəsinə 960 avro ödənilib ki, bunu da paylaşacam. Başqa bu qədər. Sabah da bununla bağlı xəstə qızın ailəsi və mən video rolikə çəkiləcəyik. Kömək edənlər çox sağ olun. Qalan pul son qəpiyinə kimi xəstə qıza maddi yardım edildi. İndi isə məndən əl çəkin daha. Məndə pul yoxdur. Nə itirdiyim bacımın, nə halallıqla yığılan pulların, nə də kömək edən insanların adına ləkə salmayın! Çox təəssüf ki, mən bacımın cənazəsini belə, götürməmiş vicdansızlar artıq pulu düşünürdü. Çox təəssüf! İndi isə imkan verin bacımın yasını saxlayaq! Mənim başqa sözüm yoxdur. Sabah isə hesabı deaktiv edəcəm. Bu qədər!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm