• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bakıda daha bir yol təmirə bağlandı

Bakıda daha bir yol təmirə bağlandı

Bakıda daha bir küçə təmirə bağlandı.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, uzun müddət təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Nizami rayonu Mikayıl Əliyev küçəsində təmirə başlanılıb.

Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsi Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşir. Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Burda təmir işləri kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Kompleks halında aparılan təmir-tikinti işləri gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

Təmir-tikinti işləri çərçivəsində küçə boyu piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səki salınacaq, yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalızasiya sistemi yaradılacaq, yeni yağış barmaqlıqlar qoyulacaq.

Təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığı görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR