Transformator qutusunda cərəyan vuran oğlanın vəziyyəti ağırdır (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Transformator qutusunda cərəyan vuran oğlanın vəziyyəti ağırdır (YENİLƏNİB)

Bu gecə Bakının Nəsimi rayonunda transformator qutusunun içində elektrik cərəyanı vuran 18 yaşlı Pərvin Həsənova Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Mərkəzdən Publika.az-a bildirilib ki, o, 3 və 4-cü dərəcəli yanıq xəsarətləri alıb.

“Qızın üzü, həmçinin qol və bilək nahiyələrində yanıqlar var. O, hazırda palatadadır, vəziyyəti stabildir”.

Pərvinin atasının sözlərinə görə qızı indi şokdadır. O, hadisənin necə baş verdiyini xatırlamır. Sadəcə, transformatorun yanına getdiyini xatırlayır.

***

Bu gecə Bakının Nəsimi rayonunda transformator qutusunun içində elektrik cərəyanı vuran 20 yaşlı Fəqan Fərzəliyevin bir qolu amputasiya olunub.

Bu barədə Publika.az-a 1 saylı şəhər xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildiriblər ki, F.Fərzəliyev hazırda reanimasiyadadır. Onun bir qolu amputasiya olunub, bədənin müxtəlif nahiyələrində açıq yaralar var. Xüsusən də kürək nahiyəsində yaralar daha ağırdır. Həkimlər onu müayinə edirlər, əlavə olaraq Respublika Yanıq Mərkəzindən də həkimlər çağırılıb. Onlar da xəstəyə baxıblar. Həkimlər onun vəziyyətinin kritik olduğunu, yaşamaq şansının çox az olduğunu deyirlər. Lakin çətinliklə də olsa danışa bilir.

F.Fərzəliyevlə birlikdə xəsarət alan qızın isə vəziyyəti normaldır. Xəstəxanadan bildirdilər ki, onun yalnız üz nahiyəsində yanıqlar olub. Lakin ümumi vəziyyəti normal dəyərləndirilib. Onu Respublika Yanıq Mərkəzinə yerləşdiriblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm