Nazirlər Kabineti bələdiyyələrlə bağlı qərar verdi
Bizi izləyin

Qırmızı.az

Nazirlər Kabineti bələdiyyələrlə bağlı qərar verdi

Nazirlər Kabineti “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib.

Publika.az xəbər verir ki, təsdiq edilən qaydaya görə, on altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün beş nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda və yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda, özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

Müsabiqə müsabiqə komissiyası tərəfindən namizədlərə sualların, tapşırıqların verilməsi və namizədlərin həmin sualları cavablandırması, tapşırıqları həll etməsi və müsahibənin keçirilməsi yolu ilə həyata keçirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm