Qırmızı.az
Bakı Yol Polisindən Aşura xəbərdarlığı - istiqamət dəyişdiriləcək
Sabah Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində yerləşən məscidlər və onlara bitişik yollar istiqamətində bütün avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş
Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (DYPİ) məlumat
verilib.
Bakı Yol Polisi avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, məscidlər boyu hərəkət edənlərin, ümumiyyətlə, bütün tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yol hərəkətində rahat, fasiləsiz və təhlükəsiz hərəkətin təşkil edilməsi məqsədilə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.
Bakı Yol Polisi məscid və ziyarətgahlarda keçiriləcək tədbirlərə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyi ilə hərəkət etməyi tövsiyə edir.
DYPİ-dən verilən məlumatda qeyd olunur ki, tədbirlər başa
çatdıqdan sonra məscidlərin yerləşdiyi ərazi boyu hərəkət tam bərpa
ediləcək.
Qeyd edək ki, bu il Aşura günü oktyabrın 24-nə təsadüf
edir.
Xatırladaq ki, Aşura günü ilə bağlı Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"