“Sən də fəal ol!”
Bizi izləyin

Qırmızı.az

“Sən də fəal ol!”

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Təlimlər Mərkəzinin təşkilati dəstəyi ilə məqsədi

gənc qızlarda özünə güvən hisslərinin aşılanması, sosial təşəbbüskarlığın, ictimai fəallığının artırılmasından, erkən nigahın qarşısının alınmasına dəstək verməkdən ibarət olan “Sən də fəal ol!” adlı layihə reallaşdırılıb. Martın 15-də Bakı Ali Neft Məktəbində layihənin açılış mərasimi keçirilib. Mərasimdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak edib. Publika.Az-ın məlumatına görə, mərasimi giriş sözü ilə açan rektor Elmar Qasımov layihənin xanım iştirakçılarını ictimai həyatda fəal olmağa çağırıb. Daha sonra layihənin rəhbəri, Bakı Ali Neft Məktəbinin tələbəsi Aynaz Mirzəzadə iştirakçıları layihə barədə məlumatlandırıb.

Layihə çərçivəsində iştirakçı gənclər üçün Bakı Ali Neft Məktəbinin konfrans zalında və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin qərargahında Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin mütəxəssisi Həbibə Sadıqlı “Fəal olmaq üçün nə etməli?” və tanınmış təlimçi Talıb Bayramov “İctimai fəallıq” mövzusunda interaktiv təlimlər keçib, mövzu ətrafında iştirakçılarla diskusiyalar aparılıb.

Layihənin sonunda təlimdə fərqlənən gənc xanımlar sertifikatlarla mükafatlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm