Azərbaycanda dəhşətli qəza: 3 ölü, 5 yaralı - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 5 yaralı - YENİLƏNİB

Acıdərə yolunda 2 “Mercedes” və “Daewoo-Nexia” markalı avtomobillərin toqquşması ilə nəticələnən yol qəzasında iki nəfərin öldüyü, bir nəfərin isə yaralandığı məlum olub.

Acıdərə yolunda 2 “Mercedes” və “Daewoo-Nexia” markalı avtomobillərin toqquşması ilə nəticələnən yol qəzasında iki nəfərin öldüyü, bir nəfərin isə yaralandığı məlum olub.

Xatırladaq ki, FHN-nin xilasediciləri hadisə yerində iş aparır.


18.20

Şamaxı rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Şamaxı yolunun 104-cü kilometrliyində baş verib. Belə ki, toqquşan maşınlardan 2-si “Mercedes”, digəri isə “Daewoo-Nexia” markalı avtomobildir.

İlkin məlumata görə, hadisə nəticəsində ölənlər və xəsarət alanlar var. Lakin ölü və yaralıların sayı hələlik dəqiq bilinmir.

Xəsarət alanlar Qobustan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib, araşdırma aparılır. /anspress/

Yenilənib

Bakı-Şamaxı yolunda dəhşətli avtomobil qəzası baş verib, 3 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm