Qənirə Paşayeva gürcü gənclərinə Azərbaycan həqiqətləri barədə məlumat verdi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva gürcü gənclərinə Azərbaycan həqiqətləri barədə məlumat verdi

Millət vəkili Qənirə Paşayeva gürcü ziyalı və gənclərinə Azərbaycan həqiqətləri barədə geniş məlumat verib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan gürcü ziyalı və gəncləri ilə görüşüb.

Miras İB-nin layihəsi əsasında Azərbaycana gələn ziyalı və gənclərlə görüşdə millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi, bu günü və gələcək prespektivləri ilə bağlı fikirlərini gürcü ziyalıları və gənclərlə bölüşən millət vəkili Qənirə Paşayeva Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Gürcüstanla münasibətlərin inkişafına verdiyi xüsusi önəm və həyata keçirilən böyük işlər barədə gənclərə geniş məlumat verib və bu siyasətin bu gün də president İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdiyini deyib.

O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən Gürcüstanda həyata keçirilən mədəni, təhsil, social layihələr barədə də məlumat verərək, iki dost ölkə arasında münasibətlərin daha da genişləndiyini və onun daha da inkişafında hər iki ölkənin gənc nəsillərinin üzərinə böyük vəzifələr düşdüyünü deyib. Millət vəkili qeyd etmişdi ki, iki ölkə arasında yaxşı siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur. Bununla yanaşı Gürcüstan vətəndaşı olan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər iki ölkəni biri-birinə daha sıx bağlayan tellərdir.Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun fəaliyyəti ilə də bağlı məlumat verən millət vəkili Qənirə Paşayeva Azərbaycan Parlamentinin Gürcüstan ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayıb.

“Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi oxşar problemi var. Bunları da həll etmək üçün bizim daha güclü şəkildə biri-birimizə dəstək verməyimizə, özəlliklə gənc nəsillərin bu istiqamətdə fəallığının daha da artmasına ehtiyac var”, – millət vəkili qeyd edib. Millət vəkili qonaqlara 20 Yanvar faciəsi, Ermənistanın işğalçılıq siyasəti, Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları barədə geniş bilgi verib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Gürcüstan qonşu və dost ölkələrdir və gənclərimizin biri-birini daha yaxından tanıması,əməkdaşlıq qurmaları istiqamətindəki layihələrin bundan sonar daha da genişlənməsinə böyük ehtiyac var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm