Qırmızı.az
FHN: Xəzər dənizində köməksiz vəziyyətdə qalmış balıqçılar xilas edilib
Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində köməksiz vəziyyətdə qalmış 5 balıqçının vəziyyəti barədə rəsmi məlumat yayıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisindən 5 nəfər balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla Xəzər dənizinə çıxıb və yanacağın bitməsi səbəbindən sahildən təqribən 70 km məsafədə köməksiz vəziyyətdə qalıblar.
Dərhal FHN-nin aviasiya dəstəsinin 1 ədəd helikopteri və Dövlət sularda xilasetmə xidmətinin qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin aviasiya dəstəsi tərəfindən açıq dənizdə köməksiz vəziyyətdə qalmış balıqçıların yeri müəyyənləşdirilib və onlar yanacaqla təmin edilib. Balıqçıların sahilə doğru hərəkəti aviasiya dəstəsi tərəfindən izlənilib. Əməliyyat saat 16:00-da başa çatıb.
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü