Parlamentin telefon qadağası deputatlara aid edilməyib
Bizi izləyin

Qırmızı.az

Parlamentin telefon qadağası deputatlara aid edilməyib

“Bu qayda parlament üzvlərinə tətbiq edilməyib. Biz malik olduğumuz hər hansı mobil rabitəni yaxud planşetləri əvvəlki qaydadan parlamentin binasına keçirə bilirik”.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Hafta.az-a açıqlamasında parlamentin son intizam qaydasınının millət vəkillərinə aid edilmədiyini deyib:

“Bu qayda parlament üzvlərinə tətbiq edilməyib. Biz malik olduğumuz hər hansı mobil rabitəni yaxud planşetləri əvvəlki qaydadan parlamentin binasına keçirə bilirik”.


Zahid Oruc deyir ki, hazırda parlametdədir və bizimlə əlaqə saxladığı telefonun “Android” sistemlidir: “Deputatların smartfon və android tipli telefonları və ya planşetləri parlamentə daxil olarkən onlardan alınmır. Mən hazırda sizinlə fikirlərimi bölüşərkən Milli Məclisdəyəm. Telefonum da “Android” tiplidi. Bu yöndə hər ahnsı bir qadağanı üzərimdə hiss etməmişəm. Həmin qadağanın qeyd olunan sənədli formasında müddəaların necə əks olunduğunu araşdırıb aydınlaşdırmaq lazımdı. Bu qayda Milli Məclisin ştat heyətində çalışan şəxslərə aid edilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm