FHN müşavirə keçirdi
Bizi izləyin

Qırmızı.az

FHN müşavirə keçirdi

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyəti

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili" mövzusunda müşavirə keçirilib.

Publika.az xəbər verir ki, müşavirədə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarının və regional mərkəzlərinin məsul əməkdaşları, Bakı şəhər rayonlarının icra hakimiyyətlərinin fövqəladə hallar üzrə komissiyalarının sədrləri, enerji, qaz və su təchizatı üzrə Bakı şəhər xidmətlərinin rəisləri, Bakı şəhər Baş Polis İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin nümayəndələri iştirak etmişlər.

Müşavirənin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra hakimiyyətləri ilə FHN-in müvafiq strukturları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə tədbirin əhəmiyyətindən danışmış, bu cür müşavirələrin FHN və icra hakimiyyətləri arasında qarşılıqlı fəaliyyətin güclənməsinə xidmət etdiyini bildirmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə çıxışında bu cür görüşlərin səmərəsindən və vacibliyindən bəhs etmişdir.

Müşavirədə nazirliyin məsul əməkdaşları “FHN Bakı Regional Mərkəzinin İcra hakimiyyəti orqanları ilə iş təcrübəsi - problemlər, istifadə olunmamış imkanlar, perspektivlər”, “Fövqəladə Hallar Nazirliyi regional mərkəzlərinin yerli icra orqanları ilə qarşılıqlı fəaliyyəti”, “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzularında çıxışlar etmişlər.

Daha sonra Bakı şəhər rayonlarının icra hakimiyyətlərinin fövqəladə hallar üzrə komissiyalarının sədrləri, enerji, qaz və su təchizatı üzrə Bakı şəhər xidmətlərinin rəhbərləri 2013-cü ildə rayon ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması istiqamətində görülmüş işlər və qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti barədə məlumat vermişlər.

Çıxışlardan sonra qeyd olunan məsələlər ətrafında interaktiv müzakirələr aparılmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm