Bakı Ali Neft Məktəbində 31 mart qurbanları anıldı
Bizi izləyin

Qırmızı.az

Bakı Ali Neft Məktəbində 31 mart qurbanları anıldı

Bakı Ali Neft Məktəbində 31 mart soyqırım qurbanlarının anım mərasimi keçirilib. Publika.az-a daxil olan məlumata görə, mərasimdən əvvəl 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan rektor Elmar Qasımov XX əsrin əvvəllərində Qafqazda baş vermiş siyasi hadisələrin tarixindən danışıb, erməni daşnaklarının Naxçıvanda, Dərələyəzdə, Vedidə, Zəngəzurda, Şamaxıda, Qubada, Bakıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri sadalamış, bunların erməni millətinin özgə torpaqlarını mənimsəmək xislətindən irəli gəldiyini qeyd etmiş, Heydər Əliyev tərəfindən 1918-ci il mart hadisələrinə siyasi qiymət verilməsi haqqında sərəncam verdiyini bildirmiş, prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf yolunda böyük uğurlar əldə etdiyini, beynəlxalq aləmdə ermənilərin çirkin siyasətinin iflasa uğraması üçün miqyaslı və səmərəli tədbirlər həyata keçirildiyini vurğulamış, gəncləri dövlətçilik amalları ətrafında birləşməyə, ölkəmizin maraqlarını daim müdafiə etməyə çağırıb.

Mərasimdə çıxış edənlər: kafedra müdiri, professor Arif Məmmədzadə, prorektor, professor Ramiz Hümbətov və dosent Manafəddin Namazov erməni dövlətinin tarixinin saxta mənbələrə söykəndiyini qeyd etmiş, ermənilərin yalanlarına qarşı daim mübarizə aparmağa çağırmış və prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqına məxsus bütün torpaqların geri alınacağına ümidvar olduqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm