Gənclər soyqırımı abidəsini yad etdilər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gənclər soyqırımı abidəsini yad etdilər - FOTOLAR

Tələbə gənclər və məktəblilər Qubadakı soyqırımı abidəsini ziyarət ediblər. 31 Mart azərbaycanlıların soyqırımı Qubada tələbə gənclər tərəfindən yad edildi. Bakı Dövlət Universitetinin Jurnalistika və Kitabxanaçılıq fakültələrindən olan tələbələr 31 Mart

Tələbə gənclər və məktəblilər Qubadakı soyqırımı abidəsini ziyarət ediblər. 31 Mart azərbaycanlıların soyqırımı Qubada tələbə gənclər tərəfindən yad edildi. Bakı Dövlət Universitetinin Jurnalistika və Kitabxanaçılıq fakültələrindən olan tələbələr 31 Mart soyqırımını yad etmək üçün Quba məzarlığında olublar.

Qubada yerləşən soyqırımı məzarlığını və genosid qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edən tələbə gənclərə soyqırımı barədə məlumat verilib. Burada onlar bir daha erməni vəhşiliklərinin əyani şahidi oldular.

Tələbələrlə yanaşı, Quba şəhərinin və ətraf kənd məktəblərinin şagirdləri də adibəni ziyarət ediblər. Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev gənclərə bu haqda məlumat verib və gələcəkdə də belə ziyarətlərin davamlı olaraq təşkil ediləcəyini bildirib. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm