Xaricdə təhsil alan tələbələr niyə ölkəyə qayıtmır?
Bizi izləyin

Qırmızı.az

Xaricdə təhsil alan tələbələr niyə ölkəyə qayıtmır?

Təhsil nazirinin müavini Ceyhun Bayramov dövlət proqramına uyğun olaraq xaricdə təhsil alan tələbələrin əksəriyyətinin ölkəyə geri qayıtmaması məsələsinə münasibət bildirib:

“Düşünmürəm ki, onların əksəriyyəti geri qayıtmır. Amma belə halları istisna etmirik”.

Publika.Az-ın məlumatına görə, nazir müavini qeyd edib ki, xaricdə təhsillə bağlı 2007-ci ildə Dövlət Proqramı qəbul edilib. İndiyə qədər Dövlət Proqramı xətti ilə 3 minə yaxın tələbə xaricdə təhsil alıb. Yalnız ötən il 1787 nəfər dünyanın müxtəlif yüksək reytinqli ali təhsil müəssisələrinin tələbəsi olmaq statusunu qazanıb. Bu digər illərlə müqayisədə ən yüksək göstəricidir.

“Onların bir qismi təhsillərini başa vurub diplomlarını alıb. Ötən ilin yay aylarının statistikasına əsasən elə tələbələrin sayı təxminən 600-dən çoxdur. Bunların əksəriyyəti Azərbaycana qayıdıb və müxtəlif dövlət, özəl şirkətlərdə işlə təmin olunur. Həmin dövlət proqramı ilə bağlı qəbul edilmiş sənədlərdə həmin tələbələrin ölkəyə qayıdarkən dövlət qulluğuna üz tutarlarsa, onlar üçün sadələşdirilmiş işə qəbul mexanizmləri var. Təhsil Nazirliyi olaraq biz özümüz bundan istifadə edirik. Bir neçə məzun bu il ərzində nazirlikdə işə qəbul olunub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm