Qırmızı.az
Azərbaycandan ABŞ-a birbaşa təyyarə reysinin vaxtı açıqlandı
Azərbaycanın aviasiya şirkətləri ABŞ-a birbaşa
uçuşlara başlayacaq. “Azərbaycan Hava Yolları - AZAL” Qapalı
Səhmdar Cəmiyyətində (QSC) ABŞ-ın ölkəmizdəki səfiri Riçard
Morninqstar ilə görüş keçirilib. Bu barədə məlumatı görüşdə QSC-nin
prezidenti Cahangir Əsgərov verib.
Görüşdə Azərbaycana ABŞ-a birbaşa uçuşların həyata keçirilməsinə imkan yaradan “1-ci dərəcə” statusunun verilməsindən sonra qarşıda duran son prosedurlar müzakirə olunub.
C.Əsgərov ABŞ-ın Federal Aviasiya Administrasiyası
(FAA) tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində
aparılan auditin nəticəsinə əsasən, Azərbaycana “1-ci dərəcə”
statusunun verilməsini yüksək qiymətləndirib.
QSC-nin prezidenti bildirib ki, Birləşmiş Ştatlara
həyata keçiriləcək uçuşlar Prezident İlham Əliyev tərəfindən milli
aviasiyamıza göstərilən diqqətin təsdiqidir və ölkələrimiz arasında
əlaqələrin daha da genişlənəcəyinə şərait yaradacaq. "Hazırda
qarşıda müəyyən prosedurlar var. Bu prosedurlar da yekunlaşdıqdan
sonra Azərbaycanın aviasiya şirkətləri ABŞ-a birbaşa uçuşlara
başlayacaq. Bugünkü görüş də bu məsələlərin müzakirəsi baxımından
önəm daşıyır.
ABŞ diplomatı R.Morninqstar Azərbaycanın aviasiya
şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata
keçirilməsinə icazə verən “1-ci dərəcə” statusunun əldə edilməsi
münasibətilə təbriklərini çatdırıb.
Onun sözlərinə görə, bu statusun əldə edilməsi
uzun prosesdir. "Biz artıq bu yolun böyük hissəsini səbir və inamla
keçmişik. Ümidvaram ki, ABŞ-a birbaşa uçuşların reallaşdırılması
ilin sonunadək mümkün olacaq. Bundan əlavə, müasir təyyarələrə
malik “AZAL”-ın xidmət səviyyəsinin də yüksək olduğunu
bildirməliyəm. Biz “AZAL”-ın ABŞ-a uçuşlarını səbirsizliklə
gözləyirik".
Ötən ilin əvvəlində hazırlıq səviyyəsinin
tələblərə tam uyğunluğuna əmin olduqdan sonra FAA-nın müfəttişləri
Azərbaycana dəvət ediliblər. 2013-cü ilin oktyabrından 2014-cü ilin
yanvarınadək keçirilmiş iki auditin nəticəsində, müfəttişlər
Azərbaycanda aviasiya sahəsində uçuşların təşkilinin və
təhlükəsizliyinə nəzarətin səviyyəsinin “1-ci dərəcə”yə uyğunluğu
barədə müsbət rəy veriblər. Bu il martın 7-də isə ABŞ Dövlət
Departamenti Azərbaycan Respublikasının aviasiya sahəsində
uçuşların təşkilinə nəzarətin və təhlükəsizliyin səviyyəsinin “1-ci
dərəcə” üzrə qiymətləndirilməsini rəsmən təsdiqlənib. Beləliklə də,
Azərbaycanın aviaşirkətləri ABŞ aeroportlarına müntəzəm hava
əlaqəsi yaratmaq hüququ əldə edib. /AzərTAc
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək