Qafqaz Universitetindən qaliblərə möhtəşəm mükafatlar - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetindən qaliblərə möhtəşəm mükafatlar - FOTOLAR

Yeni Fikir 2016 Müsabiqəsinin final proqramı Bakı Biznes Mərkəzində baş tutdu. QU Texnopark tərəfindən təşkil olunan yarışa dövlət rəsmilərinin, iş dünyasının, mətbuat nümayəndələrinin marağı böyük idi.

Publika.az xəbər verir ki, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bəyin nitqi ilə açıq elan olunan tədbirin əvvəlində, İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının vitse-prezidenti Rüfət Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, YFM 2016-nın sponsoru və aparıcı tərəfdaşı Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərim, YFM 2016-nın tərəfdaşı Koç Sistem Azərbaycan şirkətinin nümayəndəsi "KoçSistem Azerbaycan" şirkəti Satış və Biznes şöbəsinin rəhbəri Fırat Sağlık, QU Texnoparkın direktoru, Yeni Fikir Müsabiqəsi Layihəsinin rəhbəri İsa Qasımov çıxış edərək tədbirin cəmiyyətimiz üçün faydasından danışdı və iştirakçılara uğurlar arzuladılar. Daha sonra finala vəsiqə qazanmış startap komandaları layihələrini təqdim etdi. Proqramın sonunda, qaliblərə mükafatlar təqdim olundu.

Müsabiqədə birinci və ikinci yerə layiq görülən qaliblər Sup.az tərəfindən dəstək paketi, o cümlədən Almaniyada 15 günlük təlim imkanı ilə mükafatlandırıldı. Birinci yerin sahibi əlavə olaraq "Sup.az" tərəfindən 5000 Avro qranta da layiq görüldü. Üçüncü, dördüncü və beşinci yerə layiq görülən layihələr isə QU Texnopark dəstək paketi, o cümlədən Türkiyədə 15 günlük təlim imkanı əldə etdi. Beləliklə, 211 layihə arasından qalib seçilmiş layihələr aşağıdakılardır:

1-ci yeri qazanan layihə: Kvotter
2-ci yeri qazanan layihə: Flapus
3-cü yeri qazanan layihə: MiniLab
4-cü yeri qazanan layihə: Spinal
5-ci yeri qazanan layihə: Gamebuy.az


Qeyd edək ki, artıq 4-cü dəfədir ki, keçirilən YFM-nin əsas məqsədi innovativ sahibkarlığı təbliğ etmək və onun inkişafına dəstək verməkdir. YFM 2016 Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı, həmçinin "Khazar Ventures", "Sup.az" və "KOÇ Sistem Azərbaycan" şirkətlərinin partnyorluq dəstəyi ilə keçirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm