İnsan alveri qurbanları üçün yeni layihə - “Labirintdən çıxış”
Bizi izləyin

Qırmızı.az

İnsan alveri qurbanları üçün yeni layihə - “Labirintdən çıxış”

“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyi bu gündən Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi layihəsinə başlayıb.

Birliyin sədri Mehriban Zeynalovanın Publika.az-a verdiyi məlumata görə, layihə insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planının (MFP) icrasında qeyri-hökumət təşkilatlarının iştirakı nəzərdə tutulan fəaliyyətlərin icrasına xidmət edir.

Layihə iki kompanenti özündə əks etdirəcək. İnsan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması, MFP-nin 13.9.3. - “ insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, bu məqsədlə müxtəlif sosial reklamların, çarxların, qısametrajlı filmlərin çəkilməsi, verilişlərin hazırlanması” bəndini rəhbər tutaraq, layihə çərçivəsində 2 sosial çarxın hazırlanması nəzərdə tutulur.

Layihənin müddəti 6 ay, ümumi məbləğ 12 .000 manatdır. Layihə Bakı şəhərində icra olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm