Sumqayıtlıların gözü müayinə edilir
Bizi izləyin

Qırmızı.az

Sumqayıtlıların gözü müayinə edilir

Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi hər il rayonlarda, o cümlədən Sumqayıt şəhərində əhalinin tibbi müayinəsini keçirir.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, bütün lazımi tibbi avadanlıq və cihazlarla təchiz olunmuş reonomobil maşın Sumqayıt Səhiyyə İdarəsinin həyətində yerləşdirilib, xüsusi ayrılmış palatalarda yüksək səviyyədə müayinələr həyata keçirilir. Səyyar briqada tərəfindən gün ərzində 250 nəfərin müayinəsi aparılıb, 15 nəfər əməliyyat olunub, 22 nəfər isə daha dərin müayinə və müalicə üçün Bakıya, Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilib. Müayinələr hazırda davam edir.

Qeyd edək ki, tədbirdən öncə Sumqayıt tibb müəssisələri tərəfindən geniş hazırlıq işləri aparılmış, xüsusən görmə orqanında mürəkkəb patologiyalar qeyd olunan xəstələr seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm