Qırmızı.az
Satışdan yarım ton yararsız məhsul çıxarıldı
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız mallar satışdan çıxarılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakının
Suraxanı, Səbail rayonlarında, Sumqayıt, Zaqatala, Ağcabədi, Qazax,
Şəmkir, Şabran, İsmayıllı şəhərlərində, Saatlı, Ağsu, Ağdam
rayonlarında aparılmış yoxlamalar zamanı ümumilikdə 480 kq-dan
artıq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin
tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan
çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların
satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli
telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar
Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat
Mərkəzinə məlumat vermələri xahiş olunur.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi