Nazir Şirvana gedir
Bizi izləyin

Qırmızı.az

Nazir Şirvana gedir

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayın 20-də Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Şirvan şəhərində, habelə Hacıqabul və Saatlı rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Şirvan regional ədliyyə şöbəsində (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, bina 17) keçiriləcək.

Bildirilir ki, vətəndaşlar qəbula Şirvan regional ədliyyə şöbəsi (əlaqə telefonu: (02121) 5-67-27, (050) 567-98-24), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm