Bakının bu ərazilərində qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün Bakı şəhəri Sabunçu və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən Publika.az-a verilən məlumata görə, qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar “Azəriqaz” İB-nin təmir tikinti idarəsi tərəfindən yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması və qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə mayın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin, həmçinin Xətai rayonunun Sarayeva, Q.Nəbi, M. Rüstəm, Cavanşir, Sadıqcan, M. Hadi, S. Ə. Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti, H. Aslanov qəsəbəsi, K. Kərimov, Əhmədli yolu və Zığ yolu ətrafı ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm