Qırmızı.az
“Azəriqaz”ın səlahiyyətləri iki nazirlik arasında bölüşdürüldü
“Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətlərinin bir
qismi Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyi (EN)
arasında bölüşdürülüb.
“Azəriqaz” İB-dən daxil olan məlumata görə, Baş nazir Artir
Rəsi-zadənin imzaladığı qərara əsasən, bu gündən etibarən Birliyin
Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi öz
fəaliyyətini dayandırıb. Qurumun işçiləri isə struktura daxil olan
digər bölmələrdə müvafiq işlərlə təmin edilib.
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev
faktı təsdiqləyib. O bildirib ki, heç bir işçi ixtisar
olunmayıb:
“Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin
əməkdaşları mütəmadi olaraq mənzillərə texniki baxış keçirib. Təkcə
ötən ay ərzində əməkdaşlarımız tərəfindən 78 534 mənzilə texniki
baxış keçirilib.
Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nda
dəyişikliklər edilməsi barədə müvafiq qərarından sonra xidmətə
nəzarət Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinə
verilib. Yəni, mənzillərə texniki baxışın keçirilməsi “Azəriqaz”
tərəfindən deyil, qeyd edilən nazirliklər tərəfindən aparılacaq.
Bura qaz avadanlıqları, tüstü bacaları və s. nəzarət
daxildir”.
“Qazdan istifadə Qaydaları”nda dəyişikliyə əsasən, FHN-in və
EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl
məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qаz
qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək
məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı
şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış
keçirilməsini təmin etməlidirlər.
Həmçinin, baş verən yanğının və ya qaz sızmasının qarşısının
alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla,
digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli
nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış
əraziyə və (və ya) yaşayış sahəsinə daxil olmaq icazəsi və səbəbi
haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim
etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus
qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir.
FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. (Modern.az)
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"