• USD 1,7008 0,00% EUR 1,9963 -0,36%
    • GBP 2,1926 -0,12% RUB 0,0287 +0,35%

"İspaniyanın və Azərbaycanın dostları da, düşmənləri də eynidir"

"İspaniyanın və Azərbaycanın dostları da, düşmənləri də eynidir"

İspaniyada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 25-də bu ölkənin müdafiə naziri Pedro Morenes Eulate ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Sonra hər iki nazir AZƏRTAC-a müsahibə verib.

İspaniyanın müdafiə naziri Pedro Morenes Eulate bildirib ki, bu görüş çox arzuolunan idi. Azərbaycan ilə İspaniya arasındakı əlaqələrin perspektivləri genişdir. Ölkələrimizin münasibətləri dostluğa və qarşılıqlı anlaşmaya əsaslanır. Ümumi layihələrimiz var.

İspaniyalı nazir vurğulayıb ki, sülhə təhlükə yaradan bütün elementlərlə mübarizə diqqət mərkəzindədir. Bu mübarizədə ölkələrimiz eyni mövqedən çıxış edir. Mən görüşümüzdə söylədiyim bir ifadəni xüsusi vurğulamaq istəyirəm: “İspaniyanın və Azərbaycanın dostları da, düşmənləri də eynidir”. Mənim cənab nazirlə dostluğum Bakı səfərindən başlayır. Ona görə də bu səfər mənim üçün önəmli idi. Hesab edirəm ki, mənim fikirlərimi azərbaycanlı həmkarım da bölüşür. Biz də müəyyən təhlükəli məqamlardan keçmişik. Belə razılığa gəlindi ki, imkan daxilində bütün mümkün əməkdaşlığı davam etdirək.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov səfərin yüksək səviyyədə təşkilinə görə ispaniyalı həmkarına təşəkkür edib. Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq imkanları çox genişdir. Görüşdə bu imkanlar müzakirə olundu. Əməkdaşlıq həm iki ölkə arasında, həm də NATO çərçivəsində inkişaf edir. “İspaniyalı həmkarım yeni maraqlı təkliflərlə çıxış etdi və biz bu təkliflərlə razıyıq”, - deyən nazir İspaniya-Azərbaycan dostluğunun əbədi olduğunu qeyd edib. İspaniyalı nazirin görüşdə dediyi “İspaniyanın və Azərbaycanın dostları da, düşmənləri də eynidir” ifadəsini xüsusi vurğulayan Z.Həsənov bu mövqeyinə görə həmkarına minnətdarlığını bildirib.

x x x

Müdafiə naziri Zakir Həsənovun İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin dövlət katibi İqnasio İbanez Rubio ilə görüşündə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşlərdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov da iştirak edib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>