• USD 1,7008 0,00% EUR 2,0035 +0,31%
    • GBP 2,1952 +0,27% RUB 0,0286 +0,70%

Nazir: "Bu, neftlə bağlıdır"

Nazir: "Bu, neftlə bağlıdır"

“Təhsil kreditləri barədə məlumat verə, konkret bir söz deyə bilmərəm. Bu gün ölkədə inflyasiyanın bir qədər yüksək olduğunu nəzərə alaraq 12-13 faizlə təhsil kreditlərinin alınması münasib olmaz. Yəqin ki, gələn il bu barədə danışmaq olar. Amma təhsil müəssisələri tərəfindən tələbələrə kreditlərin verilməsi haqda müzakirələr gedir. Bu müzakirələri Təhsil Nazirliyi də aparır”.

Publika.az bunu maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların sual və təkliflərini qiymətləndirərkən deyib.

Samir Şərifov deputat Tahir Kərimlinin Azərbaycan Hava Yollarının iki təyyarəsinin Əfqanıstanda qəzaya düşməsi, bunun səbəbinin köhnə təyyarələr olması və AZAL-a mümkün qədər dövlət büdcəsindən maliyyə ayrılması, bu şirkətə dəstək verilməsi haqda təklifini də qiymətləndirib: “Azərbaycan Hava Yolları daima hökumətin diqqətində olub. AZAL-a dövlət tərəfindən daima dəstək olub. Bu dəstək güzəştli yanacağın satılmasında, şirkətin dövlət zəmanəti ilə kreditlər götürməsində, qurumun borclarının silinməsində özünü göstərib. Hazırda dövlət zəmanəti ilə bu şirkətin götürdüyü kreditin məbləği kifayət qədərdir. Hesab edirəm ki, şirkət bundan sonra gəlirlərinin artırılması istiqamətini əsas götürəcək”.

Daha sonra maliyyə naziri qeyd edib ki, 2015-ci il üzrə dövlət büdcəsinin icrası asan olmayan iqtisadi-siyasi atmosferdə həyata keçirilib: “Çünki bu il neftin qiyməti dünya bazarında kəskin aşağı düşdü. Bu da ölkə qarşısında bir sıra problemlər yaratdı. Bu təsirlər 2015-ci ildə hökumətin qətiyyətli addımları, prezidentin çevik addımları nəticəsində mənfi təsirlər neytrallaşdırılıb. 2015-ci ildə bütün sosial və beynəlxalq öhdəliklər icra edilib. Dövlət borcu ilə bağlı problem olmayıb. Eyni zamanda 2015-ci ildə Azərbaycanda beynəlxalq möhtəşəm tədbirlər də keçirilib”.

Nazir qeyd edib ki, 2015-ci ildə dövlət büdcəsinin gəlirlərinə tam əməl olunmayıb: “Buna da səbəb neftin qiymətinin dəyərdən düşməsi olub”.

O bildirib ki, Nazirlər Kabineti pensiya inkişafı konsepsiyasına müvafiq olaraq qanun layihəsini hazırlayıb və yaxın vaxtlarda onu Prezident Administrasiyasına təqdim edəcək.

Nazirin sözlərinə görə, qanunun əsaq məqsədi pensiyaların yığılmış pensiya kapitalı hesabına formalaşdırılmasıdır ki, hər bir kəs qazandığı vəsaitlərə müvafiq olaraq pensiya ala bilsin.

Bununla belə 2015-ci ildə sosial layihələr həyata keçirilib, hökumət bu istiqamətdə ciddi fəaliyyət göstərib: “Mən millət vəkillərindən qanun layihəsinə səs verməyi xahiş edirəm”.

Nemət

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR