• USD 1,7008 0,00% EUR 2,0035 +0,31%
    • GBP 2,1952 +0,27% RUB 0,0286 +0,70%

Bakcell və “SOS Uşaq Kəndləri -Azərbaycan”dan gənclər üçün iş imkanları

Bakcell və “SOS Uşaq Kəndləri -Azərbaycan”dan gənclər üçün iş imkanları

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihənin icrasına başlayıb.

Layihə çərçivəsində yaradılan Gənclərin Karyera və İnkişaf Mərkəzi Bakı SOS Uşaq Kəndində yerləşir.

8 ay müddətində nəzərdə tutulan layihə SOS Uşaq Kəndlərində yaşayan yeniyetmələrin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlib. Layihənin əhatə etdiyi benefisiarlar əsasən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və yeniyetmələrdir. Mərkəzin işə hazır vəziyyətə gətirilməsi üçün müvafiq təmir işləri aparılıb. Mart ayında mərkəzin maddi texniki bazası gücləndirilib, lazım olan ofis mebelləri və kompyuter avadanlıqları alınıb.

“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İB-nin veb-səhifəsiə gənclərin məşğulluğu bölümü əlavə olunub. Burada sözügedən layihə və tərəfdaşlar barədə ətraflı məlumat, müvafiq qanunvericilik və faydalı məlumat bazası, layihədən faydalananların CV bazası və məşğulluq imkanlarının əldə edilməsi üçün faydalı linklərin yerləşdirilməsi nəzərdə tutulub.

“SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası ilə korporativ sosial məsuliyyət sahəsində uzun illərdir əməkdaşlıq edirik. Xüsusi qayğıya ehtiyacı olan uşaqları, yeniyetmə və gəncləri əhatə edən layihələrə dəstək göstərmək bizim KSM proqramımızın əsas prioritetlərindən biridir. Biz Mərkəzdə təlim keçən gənclərin işlə təmin olunması istiqamətində də tərəfdaşlarımızla danışıqlar aparırıq”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

***

SOS Children‘s Villages International haqqında

"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyi əsası 1949- cu ildə Avstriyanın İmst şəhərində Herman Qmayner tərəfindən qoyulmuş SOS Children‘s Villages International humanitar təşkilatının bir üzvüdür. SOS Children‘s Villages International təşkilatı valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları irqindən, milli mənsubiyyətindən və dinindən asılı olmayaraq daimi yaşayış yeri, ailə mühiti ilə təmin edir, onları müstəqil həyata hazırlayır.

SOS Children‘s Villages International təşkilatının nümayəndəlikləri dünyanın 134 ölkəsində fəaliyyət göstərərək UNESCO ilə sıx əlaqədə çalışır və BMT-nin sosial-iqtisadi şurasının reyestrinə daxildir. 1999-cu ildə, 50 illik yubileyi ərəfəsində SOS Children‘s Villages International təşkilatının namizədliyi Nobel Sülh Mükafatı üçün irəli sürülüb. 2002-cı ildə isə SOS Children‘s Villages International təşkilatı ən önəmli beynəlxalq humanitar mükafat olan "Konrad Hilton" mükafatına layiq görülüb.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi barədə əlavə məlumat əldə etmək üçün aşağıdakı şəxslə əlaqə saxlamanızı rica edirik: Tural Abbasov, Korporativ Fandreyzer - + 994 (55) 227 47 33; + 994 (12) 490 39 13 Email- tural.abbasov@sosushaqkendleri.az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR