Qırmızı.az
DİN müsabiqə elan etdi
Azərbaycan Daxili İşlər Nazirliyi polis orqanlarinda vakant olan siravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Nazirlikdən verilən məlumata görə, Çevik Polis Alayında, Bakı
Şəhər və Nəqliyyatda Baş Polis İdarələrinin orqan və hissələrində,
ərazi polis orqanlarında Post Patrul və Yol Patrul xidmətləri üzrə
439 vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsabiqədə Silahlı
Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər
üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən
(qadınlar üçün 170 sm.) hündür olan, düzgün bədən quruluşlu və
idman cüssəli, tam orta təhsilli (YPX inspektoru vəzifələrinə isə
əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali
təhsilli, 3 ildən az olmayan sürücülük stacı olan, kompüterdən
istifadə etməyi bacaran) və "Azərbaycan Respublikasının daxili
işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən
olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının
vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə zamanı xarici dillərdən birini sərbəst bilən şəxslərə
üstünlük verilir. Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək
arzusu olan şəxslər vakant olan vəzifələrə müsabiqə elan olunmuş
polis orqanına ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini,
təhsil haqqında sənədin əslini, hərbi bileti (kişilər üçün), əmək
kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.
Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün
zəruri sənədləşmə aparılaraq, onun sağlamlıq vəziyyəti və fiziki
hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən
olunmuş normativlər üzrə yoxlanılacaqdır.
Müsabiqə test imtahanları və müsahibə olmaqla iki mərhələdə
keçiriləcəkdir. Test imtahanını müvəffəqiyyətlə vermiş namizəd
müsahibəyə buraxılacaqdır.
Fiziki hazırlıq üzrə ödənilməli normativlər barədə məlumat DİN-in
www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir.
Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il yanvar ayının
21-dən fevral ayının 22-dək hər gün (istirahət günlərindən başqa)
saat 10-dan 17-dək vakant olan vəzifələrə müsabiqə elan edilmiş
polis orqanlarında qəbul olunur.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."