Qırmızı.az
“Radar qoyulubsa, bunu şişirtməyə ehtiyac yoxdur” - Kamran Əliyev
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sosial şəbəkələrdə azərbaycanlı yol polisinin rüşvət almasını əks etdirən videonun yayılması məsələsinə münasibət bildirib.
K.Əliyev Publika.Az-a açıqlamasında deyib ki, hazırda sözügedən video Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırılır: “Əgər bu araşdırma fakt kimi sübut olunarsa, o zaman həmin polis əməkdaşı cəzalandırılacaq. Ancaq hələ ki, bu sübut olunmayıb”.
K.Əliyev həmçinin qeyd edib ki, kimlərsə polis ətrafında ajiotaj yaratmaqda maraqlıdır: “İstənilən səs yazısı və görüntü ilə bağlı müvafiq araşdırmadan sonra hər hansı fikir söyləmək olar. Hər hansı bir görüntüdə konkret fakt və qanun pozuntusu varsa, əlbəttə ki, bununla bağlı Daxili İşlər Nazirliyinin göstərişi ilə müvafiq araşdırma aparılır. Ancaq bir də var ki, hər hansı yol-patrul avtomobilinin içərisində radar qoyulubsa, bunu şişirtməyə ehtiyac yoxdur. Radar varsa, burada nə var ki? Burada hər hansı qanunsuz hərəkətə yol verilir? Ötən həftə 2 bu cür görüntü var idi ki, bunu şişirdilər. Polis əməkdaşı radar qoyursa, onun vəzifəsi budur da. Burada nə var axı? Heç deyən yoxdur ki, axı sürücülər avtomobili niyə sürətlə idarə edirlər? Niyə içkili vəziyyətdə maşın sürürlər? Baxın görün yüksək sürətdən nə qədər dəhşətli hadisələr baş verir. O gün Gəncədə sürücünün sərxoş halda yüksək sürətlə avtomobili idarə etməsi üzündən 6 nəfər cavan oğlan rəhmətə getdi. Bəs polis yazıq bunun qarşısını hansı yolla alsın? Onu saxlama, buna dəymə, bu radarları burada qoyma. Bəs icazə verək, millət qırılsın getsin?”.
Vasif Həsənli
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"