Qırmızı.az
Qaçqın düşərgəsində toqquşma: 7 ölü, 10 yaralı
Livanın Sidon liman şəhəri yaxınlığında yerləşən və fələstinlilərin məskunlaşdığı qaçqın düşərgəsində iğtişaşlar baş verib. Livan və Fələstin təhlükəsizlik xidməti rəsmilərinin məlumatına görə, toqquşmalar zamanı 7 nəfər ölüb, azı 10 nəfər də xəsarət alıb.
İğtişaşlar Fələstinli FƏTH qruplaşmasının keçmiş
komandirinin tərəfdarları ilə onun rəqibi olan «Ənsərullah» silahlı
qruplaşmasının üzvləri arasında baş verib və 2 saata yaxın davam
edib. Təhlükəsizlik xidməti rəsmilərinin məlumatına görə,
öldürülənlər arasında «FƏTH» təşkilatı ilə əlaqəli «Qayıdış
Briqadaları» qruplaşmasının komandiri Əhməd Rəşid və onun cangüdəni
də var.
İnsidentin hansı səbəbdən baş verdiyi isə naməlum
olaraq qalır. Livan ordusu iğtişaşların böyüməsinin qarşısını almaq
üçün insidentin baş verdiyi «Mieh-Mieh» qaçqın düşərgəsinə aparan
bütün yolları bağlayıb.
Qeyd edək ki, Livanda fələstinli qaçqınların sayı
450 minə yaxındır və onlar 12 qaçqın düşərgəsində
yerləşdiriliblər./Associated
Press
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."