Qırmızı.az
Supermarketlərin oynadığı 18 oyun
Şəhərin hər yerində göbələk kimi çoxalan ticarət mərkəzləri və supermarketlər, həm ətraf mühit, həm də sağlamliq baximindan böyük təhdiddir.
Hətta sürətlə artan bu mağazalar bizim idarəmiz xaricində olan bəzi psixoloji hiylələr edirlər.
1. Meyvə və tərəvəzləri girişə qoyarlar.
Meyvə və tərəvəz rəfləri adətən supermarketlərin giriş
hissəsində yerləşdirilir. Məntiqi olaraq bu yerləşdirilmə səhvdir,
çünki təzə qidaların əzilməməsi üçün əvvəl daha ağır olan
ehtiyaclarınızı satın alıb meyvə tərəvəzi ən üstə qoymanız
lazımdır, amma alverə başlayarkən rəngli, gözəl qoxulu və sağlam
məhsullar almaq daha yaxşı hiss etmənizi təmin edir. Üstəlik başda
sağlam qidalar aldığınız üçün alverin davamında içiniz rahat
olduğundan daha çox bazarlıq edirsiniz.
2. Uşaqlarınızı istismar edərlər.
Marketlərdəki bahalı məhsullar göz səviyyəsinə (1.60 sm)
yerləşdirilir. Uşaqların diqqətini çəkə biləcək və onları
cəzbedəcək məhsullar isə onların göz səviyyələrinə uyğun
yerləşdirilir. Ən ucuz məhsullar ümumiyyətlə ən son baxmağı ağıl
edəcəyiniz, ən alt rəflərdə olur.
3. Daha çox pul xərcləməniz üçün musiqi
çalarlar.
Həzin musiqilər içəridə daha uzun qalmağınıza, klassik musiqi
isə daha çox pul xərcləməyinizə səbəb olur. Araşdırmalar şərab
rəflərinin olduğu hissədə Fransız musiqisi çalmanın Fransız
şərablarının satışını artırdığını da ortaya qoymuşdur.
4. Ac hiss etməyinizə səbəb olurlar.
Sobadan yeni çıxan çörək və unlu məmulatların olduğu hissə
giriş/çıxış qapılarına yaxın hissəyə qoyulur. Təzə çörək qoxusu
tüpürcək vəzilərinizi işə salır və düşünmədən, impulsiv olaraq
alver etməyinizə səbəb olur.
5. Əslində elə deyilkən, sürətli getdiyinizi düşünmənizi
təmin edirlər.
Daha lüks və bahalı məhsulların olduğu rəflərdə daha kiçik
yerlərdən istifadə edərlər. Beləcə alış-veriş arabasının o
hissələrdən keçərkən daha çox səs çıxarır və şüuraltınız sürətli
getdiyinizi düşünərək yavaşlamanıza, bu rəflərdə daha çox zaman
sərf etməyinizə səbəb olur.
6. Sizi bütün marketi gəzməyə məcbur edirlər.
Çörək, süd, yumurta kimi təməl ehtiyaclar, market içərisində
bir-birindən uzaq nöqtələrə yerləşdirilir. Beləcə sadə bir
alışveriş üçün belə içəridə xeyli dolaşmanız lazımdır.
7. Ucuz olmayan şeyləri ucuz kimi göstərirlər.
Tələsirsinizsə adətən dəhlizin sonundakı fürsət səbətlərimdəki
məhsullara yönəlirsiniz. Halbuki bura nadir olaraq həqiqətən ucuz
məhsullar yerləşdirilir.
8. Daha çox pul xərcləməyiniz üçün məhsulları
bəzəyərlər.
Lüks məhsulların olduğu hissələrə taxta rəflər yerləşdirmək,
daha keyfiyyətli işıqlandırma etmək kimi xüsusi dizaynlar edirlər.
Beləcə bu məhsulların daha keyfiyyətli olduğunu düşünərək daha çox
pul ödəməyə razı olarsınız.
9. Ət və balıq rəflərini ağ divarlar önünə
qoyurlar.
Ət və balıq rəfləri adətən ağ divarların önünə qoyulur. Bu
divarın təmin etdiyi işıq əks etdirməsi bu məhsulların daha təzə
görünməsinə səbəb olur.
10. Fərqli qiymətlərlə başınızı qarışdırırlar.
Açıqda satılan meyvə və tərəvəzlər üçün kilo qiyməti müəyyən
edirlər, ancaq paketli olanlarda paketə görə hesablayır və
etiketləyirlər. Bu da hansı variantın daha ucuz olduğunu
anlamağınızı çətinləşdirir.
11. Lazım olandan böyük alışveriş səbətləri istifadə
edirlər.
1938’dən bəri istifadə edilən alış-veril arabaları, ortalama bir
ailənin bir həftəlik ehtiyacını qarşılayacaq ölçüdən daha böyük
olacaq şəkildə hazırlanır. Bu da sizdə ehtiyacınız olandan daha çox
şey satın alma impulsu yaradır.
12. Rəfdəki tərəvəz və meyvələrin təzə olduğu hissi
yaradırlar.
Tərəvəz və meyvələri taxta yeşiklərə qoyaraq fermadan yeni
gəlmiş hissi oyandırırlar.
13. Әsas ehtiyacları diqqətlə və çox səliqəli
yerləşdirirlər.
Corablar, dezodorant kimi əsas istifadə etdiyiniz şeyləri
kassaların yaxınlığına yerləşdirirlər. Beləcə alışveriş bitdikdən
sonra bu məhsullara bir gün ehtiyacınız olacağını düşünərək son
anda səbətə atacaqsınız.
14. Pendiri ən arxaya gizlədirlər.
Süd məhsullarının olduğu rəflər adətən marketin arxa divarında
yerləşir. Bu da gündəlik ehtiyacları əldə etmək üçün bütün marketi
gəzməyinizə və daha çox şey satın almağınıza səbəb olur.
15. “Pisboğaz” tərəfinizdən istifadə edirlər.
Ödəniş növbəsini gözlədiyiniz bölgəyə şokolad, şirniyyat,
dondurma kimi pisboğaz tərəfinizi hərəkətə keçirəcək məhsullar
yerləşdirirlər. Beləcə alış-verişi tamamladığınız üçün mükafat
olaraq bu məhsullardan satın alma ehtimalınız yüksəlir.
16. Sizi çiçəklərlə aldadırlar.
Supermarketin girişində tərəvəz və meyvələrdən sonra daha geniş
sahələrə çiçəklər yerləşdirərək sizdə yerli bir mağazadaymışsınız
hissi yaradırlar. Beləcə siz də marketin böyüklüyündən daha az
narahat olursunuz.
17. Tərəvəz və meyvələrə su püskürdərlər.
Tərəvəz meyvə rəflərinə müəyyən aralıqlarla su püskürdərək bu
məhsulların daha parlaq, sağlam və təzə görünmələrini təmin
edərlər.
18. Gizli bir sağ-sol düsturundan istifadə
edərlər.
Büyük marketlər sizin marketi sağdan sola doğru gəzməyinizi istəyirlər və bu da təbii olaraq dəhlizin sağ məhsullarının daha çox diqqətinizi çəkməsinə səbəb olur. Oxşar məhsulun daha bahalı olanı, hər zaman sağ tərəfdə olur. (bildirchin.az)
-
Region20:48
Ərdoğan NATO lideri ilə görüşəcək - Masada 3 əsas məsələ var
-
Magazin120:12
Natavan Həbibi bacısını axtarır
-
Cənubi Qafqaz20:00
Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdılar - VİDEO
-
Nəqliyyat19:48
Sürücülər cərimələnməmək üçün görün hansı təhlükəli üsula əl atırlar - VİDEO
-
Sosial18:36
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilərdə işıq olmayacaq
-
Magazin118:24
Aynişan yenidən ora getmək istəyir - FOTO
-
Nida Xəbər 15:20
Qarayaxma kampaniyası aparanlara Prezidentdən CAVAB
-
MDB14:35
Rusiyadan “Taliban”la bağlı vacib QƏRAR