• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Polis qızları qaçırıb qəbiristanlıqda zorladı

Polis qızları qaçırıb qəbiristanlıqda zorladı

Moskva vilayətində avtodayanacaqda yetkinlik yaşına çatmayan qızı zorlamaqda şühbəli bilinən polis əməkdaşı barəsində cinayət işi açılıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, cinayət Mıtişidəki qəbiristanlıq və ticarət-əyləncə kompleksi yaxınlığında baş verib. Zorlanma hadisəsindən öncə polis zərərçəkənə və onun rəfiqəsinə onları öz avtomobilə ilə getmək istədikləri ünvana aparmağı təklif edib.

Zorlamda təqsirli bilinən 26 yaşlı çavuş DİN-in nəzdindəki su nəqliyyatı polisinin əməkdaşıdır.

İstintaqın məlumatına görə, aprelin 8-də sərxoş vəziyyətdə olan polis özünün Mitsubishi Lancer markalı avtomobili ilə avtobus dayanacağından keçirmiş. Dayanacaqda iki qızın dayandığı görən polis avtomobili saxlayıb və polis əməkdaşı olduğunu bildirib. O, qızlara axşam vaxtı ictimai nəqliyyatın pis işlədiyini deyib və onlara avtomobilə əyləşməyi təklif edib.

Yolda qızlardan biri polisdən şübhələnib və özünü avtomobildən atıb. Onun 17 yaşlı rəfiqəsi isə qaça bilməyib.

Məkrli polis avtomobili Mıtişidəki qəbiristanlıq yaxınlığında saxlayıb və qızı zorlayıb. Bu zaman poqonlu polis zərərçəkəni tapança ilə hədələyib.

Daha sonra o, qızı "Rokton" ticarət-əyləncə kompleksi yaxınlığındakı dayanacağa gətirib. Burada polis qızın üzünə zərbələr endirib, növbəti dəfə ona qarşı seksual hərəkətlər edib.

Həbs edilən polis əməkdaşı barəsində "yetkinlik yaşına çatmayanları zorlama" və "yeniyetmələrə qarşı zor tətbiqi yolu ilə seksual hərəkətlər etmə" maddələri ilə cinayət işi açılıb.

Onun çalışdığı poliş şöbəsinin rəisi işdən çıxarılıb, rəis müavininə isə xəbərdarlıq edilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR