Məhkəmədə İlham Mirzəyevin ürəyi getdi - 2 aylıq həbs
Bizi izləyin

Qırmızı.az

Məhkəmədə İlham Mirzəyevin ürəyi getdi - 2 aylıq həbs

Teleaparıcı və baxıcı İlham Mirzəyev 2 aylıq həbsə məhkum edilib.

Teleaparıcı və baxıcı İlham Mirzəyev 2 aylıq həbsə məhkum edilib.

Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, Nərimanov rayon məhkəməsində hakim Rəşad Abdulovun rəhbərliyi altında bu gün keçirilən məhkəmə prosesində İlham Mirzəyev barəsində 178.2.3 ve 178.2.4 maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə ittiham tərəflərinin şikayətini təmin edib və İlham Mirzəyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Məhkəmə prosesində isə İlham Mirzəyev 2 aylıq həbsə məhkum olunma xəbərini eşidincə, özündən gedib. Nərimanov məhkəməsinə təcili tibbi yardım briqadası çağırılıb və İlham Mirzəyevə tibbi yardım göstərilib. Bundan sonra "İlhaMed" klinikasının təsisçisi və "Space" kanalının aparıcısı İlham Mirzəyev özünə gəlib. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm