Qırmızı.az
Azərbaycanda yeni dəmir yolu salınır
Aprelin 15-də Salahlı-Poylu mənzilinin 73-cü kilometrində (Kür çayı üzərindən keçən) ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə 1900 metr yeni dəmir yolunun qoyuluşuna başlandı.
Bu barədə Trend-ə
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat
katibliyinin rəisi Nadir
Əzməmmədov deyib.
Onun sözlərinə görə, yol qoyuluşu Poylu
stansiyasının girişindən başlayaraq, yeni tikilən körpünün
üzərindən keçməklə Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər
davam edəcək.
N.Əzməmmədov bildirib ki, səhər tezdən start
götürən təmir işləri üç gün davam edəcək. Onun sözlərinə görə,
artıq 400 metr yeni yol qoyulub.
N.Əzməmmədov əlavə edib ki, əsaslı təmir işlərini
"Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin
müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları
həyata keçirir.
Qeyd edək ki, Bakı-Böyük Kəsik sahəsində artmaqda
davam edən dəmir yolu ilə yük daşımalarının həcmini tam yerinə
yetirmək, yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmasını
təmin etmək üzün Salahlı - Poylu mənzilinin 73-cü km-də Kür çayı
üzərindən keçən ikinci dəmir yolu körpüsünün tikintisi tələb
olunurdu.
Körpünün tikintisinə 2008-ci ildə başlanmış və
2014-cü ildə başa çatdırılıb. Körpünün tam uzunluğu 208,44 metrdir.
Yol qoyuluşu başa çatandan sonra körpü tam istismara
veriləcəkdir.
Həmin körpünün faydası ondan ibarətdir ki, bu
sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq və
qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaqdır. İkinci
körpünün tikintisi yolun səmərəliliyi və rəqabətə davamlılığının
artırılması istiqamətində əhəmiyyətli addım olacaqdır.
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”