MTN-nin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
Bizi izləyin

Qırmızı.az

MTN-nin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.

MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə, digər şəhidlərlə birlikdə vətənin azadlığı naminə və torpaqların qorunmasında rəşadət və şücaət nümunələri göstərmiş milli təhlükəsizlik orqanlarının şəhid əməkdaşlarının xatirəsi də ehtiramla yad olunub və məzarları üzərinə gül dəstələri düzülüb. Sonra Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Anma mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam edib. Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb.

Tədbirdə çıxış edən akademiyanın dinləyicisi, baş leytenant F. Babayev, kursantlar K. Məmmədov və İ. Əliyev qanlı 20 yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşərək Azərbaycanın müstəqilliyi, dövlətin daha da qüdrətli olması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və sözsüz yerinə yetirməyə hazır olduqlarını bildiriblər.

Mərasimin sonunda “Dolu” bədii filmi nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm