Prezident İlham Əliyev XDMX-nin idman kompleksinin açılışında iştirak edib - FOTO
Bizi izləyin

Qırmızı.az

Prezident İlham Əliyev XDMX-nin idman kompleksinin açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub, Xidmətin idman kompleksinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub, Xidmətin idman kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı Xidmətin Situasiya Mərkəzinin fəaliyyəti ilə maraqlanıb.

Prezident İlham Əliyevə son illər hərbi şəhərcikdə həyata keçirilən tikinti və yenidənqurma işləri barədə məlumat verilib. Qeyd olunub ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulub, ərazidəki köhnə tikililər sökülərək yeni binalar inşa edilib.

Sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 8 min kvadratmetr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait var. Burada yüksək standartlara malik üzgüçülük hovuzu yaradılıb. Dövlət başçısı xidmətin əməkdaşlarının istifadəsində olan xüsusi geyim formaları və ləvazimatlara baxıb. Qeyd olunub ki, bu müasir avadanlıqlar vasitəsilə sualtı mühafizə tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir. Müxtəlif növ dalğıc kostyumları, hidrokostyum, sualtı xüsusi avtomat, fənər və kompyuter saatı, həmçinin nəfəstənzimləyici, məsafəölçən, siqnalgücləndirici, sualtı videoçəkiliş aparatı, sualtı minaaxtaran və digər avadanlıqlar əməkdaşlara xidməti lazımi formada həyata keçirməyə imkan verir.

Prezident İlham Əliyev əlbəyaxa döyüş zalında şəxsi heyətin nümunəvi çıxışlarına baxıb.

Məlumat verilib ki, trenajor zalı ən müasir avadanlıqla təchiz olunmuş kompleksdə basketbol, voleybol və digər kütləvi idman yarışlarının keçirilməsi üçün 360 tamaşaçı yerlik zal da yaradılıb.

Mövcud şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti ilə görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm