General Naxçıvandakı vəziyyətdən danışdı
Bizi izləyin

Qırmızı.az

General Naxçıvandakı vəziyyətdən danışdı

General Naxçıvandakı vəziyyətdən danışdı

“Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissəsinin döyüş hazırlığı yüksək səviyyədədir”.

Azərtac xəbər verir ki, bunu bu fikirləri daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov aprelin 16-da qoşunların Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində olarkən söyləyib. Hərbi hissənin komandiri bölmələrin və xidmətlərin qarşıya qoyulmuş vəzifələrin icrasına hazırlığı, təlim-tədrisin vəziyyəti, şəxsi heyətin hərbi intizamı və mənəvi-psixoloji durumu barədə məruzə edib. Daxili Qoşunların komandanı hərbi hissədə xidməti-döyüş fəaliyyətinin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olub, təlim-tədris yerlərinə, əsgər yataqxanalarına baxış keçirmiş, tibb məntəqəsində olan şəxsi heyətin səhhəti ilə də maraqlanıb.

Sonra general-mayor Şahin Məmmədov xüsusi-taktiki təlimi izləyib. Təlim zamanı yüksək mənəvi və döyüş keyfiyyətlərinə malik olan hərbi qulluqçuların silah və döyüş texnikasından məharətlə istifadə etdiklərini nəzərə çatdıran Daxili Qoşunların komandanı, ümumilikdə hərbi hissənin döyüş hazırlığını yüksək qiymətləndirib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm