Naxçıvandakı hərbi təlimlərdən maraqlı görüntülər - VİDEO
Bizi izləyin

Qırmızı.az

Naxçıvandakı hərbi təlimlərdən maraqlı görüntülər - VİDEO

Ordumuzun Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimləri başa çatı. Müdafiə naziri Zakir Həsənov təlimdə iştirak edən qüvvələrin döyüş və səhra bacarıqlarını yüksək qiymətləndirərək nəticədən razı qalıb.

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri Zakir Həsənovun rəhbərliyilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimləri yekunlaşıb. Müdafiə Nazirliyindən aldığımız məlumata görə, təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20 minə yaxın şəxsi heyəti, 400-dən çox zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib. Xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər. Təlimləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi Vahid Əliyev müşahidə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm