• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Mənə “mafioz” deyənlər ermənilərə xidmət edir” – Elxan Süleymanov

“Mənə “mafioz” deyənlər ermənilərə xidmət edir” – Elxan Süleymanov

“Azərbaycana qarşı heç bir Rusiya təhlükəsini hiss etmirəm”. Bunu Publika.az-a açıqlamasında Avronest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanov bildirib.

Avropa və digər böyük dövlətlərin Azərbaycana qarşı ayrı-seçilik etdiyini vurğulayan E.Süleymanov deyib: “Bu, göz qabağındadır. Baxın, Qərb dövlətləri Rusiyanın Krıma müdaxiləsini dərhal pislədilər və sanksiyalar tətbiq etməyə başladılar. Düzdür, Krım daha əvvəllər türk torpağı olub, amma faktiki olaraq 1954-cü ilə qədər Rusiyanın nəzarətində olub. Sonra isə Ukraynaya hədiyyə kimi verilib. Rusiya Krıma müdaxilə edəndə silah işlətmədi, amma ermənilər Qarabağı faciələr törədərək, işğal ediblər. Nədən Qərb dövlətləri bu məsələdə susqunluq nümayiş etdirirlər? Bu cür münasibət Azərbaycana olan ayrı-seçkiliyin göstəricisidir”.

E.Süleymanov qeyd edib ki, hazırda Azərbaycanın Gömrük İttifaqına yönləndirilməsi prosesi getmir: “AŞPA-da Rusiyanın səsvermə hüququnun dondurulması ilə bağlı məsələdə Azərbaycan neytral vəziyyətdə qaldı. Çünki Rusiyanın Avropa Şurasının çıxarılması düzgün deyil. Avropalılar bundan iki gün sonra büroda peşman olduqlarını bildirdilər. Ona görə ki, obrazlı dildə desək, Rusiyasız Avropa soyuq bir evə oxşayır. Rusiyanın, xüsusilə də Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü Rusiyadan asılıdır. Avronest nümayəndə heyətinin rəhbəriyəm, bəlkə də təəccüblənirsiz ki, niyə belə düşünürəm, dediklərim reallıqdır. Avronest Parlament Assambleyasının 2012-ci ildə keçirilən yay sessiyasında dedim ki, bu Parlament Assambleyası ləğv edilməlidir. Bu, bir forum və ya beynəlxalq QHT ola bilər. Ona görə ki, bu təşkilat Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü həll etmirsə, o zaman nəyə lazımdır. Deyirlər, bura Qarabağ problemini həll edən təşkilat deyil, bəs onda nədir? Bütün problemlər ərazi bütövlüyünün pozulmasından sonra başlayır. Ukraynanın da başına gələnlərin səbəblərindən biri Rusiyanın vaxtında Şərq Tərəfdaşlıq proqramına cəlb edilməməsidir. Rusiya bu proqrama cəlb edilsəydi, bəlkə də başqa cür olardı, qan tökülməzdi. Bilirsiz ki, Azərbaycan balanslı siyasət yürüdür. Biz heç vaxt Avropa ilə assosiativ sazişi imzalamaq üçün danışıqlar aparmamışıq. Biz daha böyük-strateji əməkdaşlığa üstünlük veririk. Biz bütün sferalarda, həm Gömrük İttifaqı ilə, həm də Avropa ilə əməkdaşlıq etməyə hazırıq”.

E.Süleymanov “Milyarderlər İttifaqı”nın bəzi üzvlərinin Azərbaycan hakimiyyətinin Rusiya ilə bağlı tutduğu mövqeyi dolayısı ilə narazılıq bildirmələrinə də toxunub: “Məni qalmaqala çəkməyin, ciddi işlərlə məşğulam. Biz ermənilərin Azərbaycanda törətdiyi faciələri dünyaya bəyan edirik. Amma siz jurnalistlər, 23 il işğalda olan Sərsəng su anbarı ilə bağlı bir kəlmə də yazmırsınız. Mən isə bunu bütün dünyaya bəyan etdim. Siz məni bunu deməyə vadar edirsiz. Bəzən mənim üçün də deyirlər ki, Elxan Süleymanov mafiyadır. Hesab edirəm ki, bunu deyən adamlar, mənə “mafioz” deyənlər ermənilərə xidmət edir. Amma siz bu dediklərimi yazmayacaqsınız. Ona görə ermənilərə xidmət edirlər ki, mən ermənilərin Azərbaycana qarşı soyqırımına mübarizə aparıram. İndi Rusiyada da beş-altı nəfər, fərz edək ki, adlarını milyarder qoyanlar və onların ətrafında toplaşan adamlar nə deyirsə, bu, Rusiya dövlətinin mövqeyi ola bilməz. Bu, daha tin söhbətinə bənzəyir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR