Qırmızı.az
İstirahət gününə olan - HAVA
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 20-25° isti, Bakıda gecə 11-13°,
gündüz 22-24° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa
enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən,
yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 20-25°, bəzi yerlərdə 28° isti
olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama
doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi
yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti
olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama
doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 4-8°,
gündüz 13-18° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava,
əsasən, yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər
bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 9-14°, gündüz 20-25°, bəzi yerlərdə 28° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecəyə
doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 20-25° isti, dağlarda gecə 8-13°,
gündüz 15-20° isti olacaq.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR