Qırmızı.az
Fərdi şəxsi hesaba malik sığorta olunanların sayı artıb
Aprelin 1-də olan məlumata əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların sayı 1,8 faiz artıb.2014-ci ilin I rübündə DSMF tərəfindən əlavə olaraq 48 451 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 739 808 nəfərə yüksəlib.
Bu barədə Publika. Az-a DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Bu ilin aprelin 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58.7 faizi kişi, 41.3 faizi isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22.2 faizini 30 yaşa kimi vətəndaşlar, 24,2 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21.9 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,2 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,5 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər. Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?