Qırmızı.az
Mixail Qorbaçov 20 yanvar qırğınından yazdı: “Bu mənə dərs oldu”
“Çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı, bu ağırdır”
“1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır”. Bu sözləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün yazdığı “Həyat və islahatlar” kitabındakı memuralarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazıb.
“Əsas günah Qarabağdadı”
Mixail Qorbaçov kitabında 20 yanvar hadisələrinin səbəbləri
barədə özünün subyektiv mülahizələrini qeyd edib. O bu qanlı
qırğına bəraət qazandırmaq üçün bildirib ki, hadisələrin bu şəkildə
baş verməsinin əsas günahı Dağlıq Qarabağ məsələsi ətrafında o
illərdə yenidən kəskinləşən erməni-azərbaycanlı qarşıdurması
olub.
“90-cı ilin yanvarından dərs götürülbmü? Şübhə edirəm: bunun subutu
erməni-azərbacanlı müharibəsidir”.
Özünün bu qanlı hadisələrdən yaxasını kənara çəkməyə can atan
M.Qorbaçov sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini “fövqəladə
şəraitin” məcbur etdiyini yazıb.
“1990-cı ilin yanvarında fövqəladə şərait bizi fövqaladə vəziyyətin
elan edilməsinə məcbur etdi. Bu addım daha çox qan axıdılmasının
qarşısını almaq üçün atıldı”-deyə eks-prezident vicdanı ağrımadan
yazıb.
“Azərbaycan hakimiyyəti parçalanmışdı”
Daha sonra sovetsayağı statik arqumentlərə üz tutan M.Qorbaçov
qeyd edib ki, “13 yanvarda Bakıda xüliqan elementlər insan itkisi
ilə müşayiət olunan kütləvi iğtişaş tördəiblər”.
SSRİ prezidenti ardınca etiraf edir ki, 15 yanvarda Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıda vəziyyətin
normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər barədə qərar qəbul
edib. M.Qorbaçov memuarında idda edir ki, Azərbaycan hakimiyyəti
daxilində bölünmə və parçalanma situasiayaya nəzarət etməyə imkan
verməyib.
“Mən Prezident Şurasının üzvü Primakovu və Sov.İKP Mərkəzi Komitəsi
adından Aleksandr Girenkonu Bakıya göndərdim. Onlar mənə zəng vurub
bildirdilər ki, Azərbaycanda vəziyyət nəzarətdən çıxıb. 18 rayonda
hakimiyyət orqanlarının fəaliyyəti dayandırlıb və İranla 200 km
sərhəd sökülüb”.
M.Qorbaçov yazır ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı
ilə 20 yanvar 1990-cı ildə Bakıda fövqəladə vəziyyət elan
edilib.
“20 yanvar mənə dərs oldu”
Qorbaçov 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da,
etiraf edib.
“Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal
situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya
mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım
məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla
tapılmalıdır”-deyə Mixail Qorbaçov vurğulayıb.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"