Azərbaycanda qadının yarım milyonluq varidatı oğurlanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda qadının yarım milyonluq varidatı oğurlanıb

Azərbaycanda qadının evində yarım milyon dollarlıq cinayət törədənlər tutulublar. Cinayət hadisəsi ötən il avqustun 8-də Sima Quliyevanın evində edilib. Naməlum şəxslər onun evindən 300000 manat dəyərində qızıl əşyaları, 100000 manat isə pul aparıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, oğurluq edənlərdən biri - Şahin Kərimov Baş Cinayət-Axtarış İdarəsi və Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən yaxalanıb. Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə cinayəti Sumqayıt şəhər sakini İlqar Seyidovla birgə törətməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Seyidov da tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm