Qırmızı.az
Elektrik cərəyanı bir nəfərin ölümünə səbəb oldu
Lənkəranda bədbəxt hadisə baş verib. Elektrik enerjisi ilə ehtiyatsız davranma ölümlə nəticələnib.
Bədbəxt hadisə təqribən saat 12 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. Kəndin ərazisində olan mobil operatorlardan (Bakcell) birinin ötürücüsündə iş görmək üçün əraziyə gələn şirkətin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə dərhal rayon polis şöbəsinin əməkdaşları gələrək araşdırmalara başlayıb. Məlum olub ki, dünyasını dəyişən şəxs Şahlar Qarabəyoğlu Nurməmmədovdur. O, ötürücünün yaxınlığındakı transformatorda elektrikin olmadığını zənn edərək ona toxunub və nəticədə hadisə yerindəcə dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Hadisə yerində olan hüquq mühafizə orqanları əməkdaşlarının sözlərinə görə dünyasını dəyişən Şahlar Nurməmmədov əslən Qusar rayon sakinidir və Cəlilabad rayonunda yaşayır. O, elektrik sahəsində təmir işləri aparan ABC şirkətinin əməkdaşıdır. Həmin şirkət də podratçı şirkət olaraq, mobil operatora (Bakcell) məxsus olan antenaların təmiri üçün müqaviləsi var. Həmin müqaviləyə əsasən də şirkət mobil operatorun antenasında baş verən qüsurun aradan qaldırılması üçün əraziyə əməkdaşını göndərib.
Hər halda baş verən hadisənin səbəblərini artıq hüquq mühafizə orqanlarının əməkdaşları araşdırır. Araşdırmadan sonra baş verən hadisəyə hüquqi qiymət veriləcək. /Ans/
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR