Qırmızı.az
Azad Rəhimov ANS-i məhkəməyə verəsi olmadı
Gənclər və idman naziri Azad Rəhimov ANS telekanalını məhkəməyə verməyəcək.
Bu barədə AzVision.az-a açıqlamasında nazir özü məlumat verib.
A.Rəhimovun fikrincə, ANS nazirlikdə korrupsiya faktının olması ilə bağlı səhvini başa düşüb: “ANS özü Hesablama Palatasını təkzib etdi. Özü-öz səhvini gördü və geriyə durdular. Bu baxımdan onların məhkəməyə verməsi mənasızdır”.
Nazir daha sonra telekanalın olimpiya komplekslərinin tikintisində yol verdiyi yeyinti faktlarına dair araşdırmalarına aydınlıq gətirib. Bildirib ki, belə iddianın irəli sürülməsi qeyri-peşəkarlıqdır: “Mən bunu belə cavablandıra bilərəm ki, bu fikirlər tam şəkildə qeyri-peşəkarlıqdır. Yəni ki, bu nədən ibarətdir. Nazirliyə, mətbuat katibliyinə zəng vurub rəqəmləri soruşmaq olardı və heç bir problemsiz həmin rəqəmləri əldə etmək olardı. Əksinə, hansısa kanal və mətbuat orqanları özləri öz tərəfindən haradasa hansısa bir naməlum mənbədən rəqəmləri tapırlar, səsləndirirlər. Sonra isə həmin rəqəmlərlə bağlı bizə sual verirlər. Biz bəzi hallarda qalırıq gülməli vəziyyətdə. Yəni ki, Sabirabad olimpiya kompleksi 8 milyon 370 minə tikilib, hansı mətbuat orqanı yazıbsa ki, 830 minə tikilib, sonra da səhvinin üstündə başlayıb ki, bəs niyə belə azdır. Biz belə şeylərə fikir vermirik”-deyə nazir qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında ANS-i qeyri-dəqiqlikdə ittiham edərək telekanalı məhkəməyə verəcəyini bildirmişdi. Buna səbəb kimi nazirlikdə korrupsiya faktının olması ilə bağlı ANS-də yayımlanan xəbər göstərilirdi.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək