"Ermənistanda və onun ətrafında vəziyyət pisləşə bilər"
Bizi izləyin

Qırmızı.az

"Ermənistanda və onun ətrafında vəziyyət pisləşə bilər"

"Ermənistanda və onun ətrafında vəziyyət pisləşə bilər" - Araz Əzimovdan Sarkisyana XƏBƏRDARLIQ

"Xalq diplomatiyası həlledici rol oynaya bilməz. Çünki sonda hansısa bir dövlətin, bu halda Ermənistanın rəhbərliyindən çox şey asılıdır".

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, ilk öncə bu ölkənin rəhbərliyi gərək ciddi qərarların götürülməsinə hazırlığını bildirsin.

"Xalq diplomatiyası populyar bir termindir, onun tərkibində müxtəlif metodlar, mexanizmlər var. Əlbəttə ki, hazırkı zamanda beynəlxalq informasiya vasitələrində, internet daxil olmaqla beynəlxalq informasiya mühütünün inkişafı ilə bağlı xalq diplomatiyasının daha yeni imkanları əmələ gəlir. Bəlkə də Ermənistan ictimai qüvvələri bu ölkə rəhbərliyini xalq diplomatiyası vasitəsilə vəziyyəti, Azərbaycanın mövqeyini dəyərləndirib vadar edə bilər.

Yəni, Ermənistandakı ictimai qüvvələr tərəfindən ölkə prezidentinə, rəhbərliyə qarşı ictimai vasitələrlə təzyiq göstərilsə və məhz Azərbaycanla normal əlaqələri qurmağa bir impuls kimi rol oynasa, bəlkə onda xalq diplomatiyasının daha ciddi bir rolundan danışa bilərik. Amma hazırda mən bunun şahidi olmuram, bunu görmürəm. Çünki Ermənistanda ümumiyyətlə, əfsuslar olsun ki, plüralizm varsa, görünən bir səviyyıdə özünü brüzə verilmir. Həmçinin əfsuslar olsun ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı orda plüralizm və ayrı fikirliliyin şahidi olmuruq".

****

"Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə heç bir dəyişiklik görmürəm".

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, Ermənistanda hazırkı şərait ona dəlalət edir ki, onlar vəziyyəti dəyərləndirməlidirlər. A.Əzimov deyib: "Həm Ermənistanda, həm də onun ətrafında vəziyyət ağırlaşa və pisləşə bilər. Ermənistan rəhbərliyi gərək bunu düşünsün. Son "Şərq Tərəfdaşlığı" proqramının sammitində Ermənistan prezidenti ölkəsinin təklikdə qaldığını və ona heç kimin açıq dəstək verməməsinin şahidi olmaq üçün daha bir imkana nail oldu".

Rusiya və ABŞ arasında soyuq münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsiri barədə danışan A.Əzimov bildirib ki, bu iki dövlət beynəlxalq aləmdə əlaqələrin hansısa bir soyuqlama nöqtəsindən keçdiyi halda belə əsas oyunçulardan biridirlər: "Nüvə silahlarının ən böyük qüvvələri bu iki ölkədədir. Beynəlxalq quruluş, beynəlxalq vəziyyət, ümumiyyətlə, ABŞ və Rusiyanın riskli addımlar atılmasına hazır olub olmadığından asıla bilər. Ukraynadakı vəziyyətlə bağlı ABŞ və Rusiyanın əməkdaşlığı adlandırılan əlaqələr hər bir halda bir imtahandan keçirilir. Hər iki tərəf çalışır ki, diplomatik üsullarla məsələlərdən çıxış yolu tapsınlar, eyni zamanda müzakirələr getdiyi, Cenevrə toplantısında yekun sənədin qəbul edildiyi halda, yenə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı məşğuldur.

Beləliklə, burada söhbət əlaqələrin pisləşməsindən yox, əsrlər boyu formalaşan beynəlxalq vəziyyətin, ərazilərin, sistemin ciddi imtahandan keçməsindən gedə bilər. Düzdür, ABŞ və Rusiya keçmişdə də bu cür çətin vəziyyətlərdən keçiblər, ümid edirəm ki, bu halda da çıxış yolu tapılacaq. Amma əlbəttə ki, Avropa, ABŞ və Rusiya Ukrayna ilə bağlı vəziyyətdə çox çətin məsələlərlə üzləşiblər. İstəməzdim ki, hansısa görüntülü inkişafı əldə etmək üçün ATƏT-in Minsk qrupu çərçivəsində gedən prosesdən sui -istifadə edilsin və yaxud da kimsə bu cür fikrə düşsün. Çünki proses sağlam əsaslarda, beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmalıdır. Bu prinsip və normalarla bağlı məncə kompromislərin hesabına məşğul olmaq olmaz".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm